Elmi fəaliyyət

yeni biliklərin əldə olunmasına və tətbiqinə yönəldilən fəaliyyət, o cümlədən fundamental, tətbiqi elmi tədqiqat.
Elmi-fantastik
Elmi hesabat
OBASTAN VİKİ
Elmi-texniki fəaliyyət
Elmi-texniki fəaliyyət – texnoloji, iqtisadi, sosial, humanitar problemlərin və digər mühəndis problemlərinin həll edilməsi, vahid sistem kimi elmin, texnikanın və istehsalatın fəaliyyətinin təmin olunması üçün yeni biliklərin əldə edilməsinə və tətbiqinə yönələn fəaliyyət. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fəaliyyət
Fəaliyyət – 1) hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik. Məsələn, pedaqoji fəaliyyət, ictimai fəaliyyət; 2) iş, işləmə. Məsələn, ürəyin fəaliyyəti. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Birgə fəaliyyət
Birgə fəaliyyət – iştirakçıların iqtisadi vəziyyətinin yaxşılaşdırılması və ya ictimai maraqların irəli getməsi üçün xüsusi şəxslərin öz təşəbbüsləri üzrə əməkdaşlığıdır. == Ədəbiyyat == R. Əliquliyev, T. Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Fəaliyyət sahəsi
Fəaliyyət sahəsi — fərdi və hüquqi şəxslərin əsas iş sahəsini əhatə edən mövzular dairəsini təsvir eir. Sənayedə və elmdə bu anlayışın tətbiqi müəyyəm kriteriyalarda asılı olaraq aparılır: Ya ümumilikdə böyük maraq doğuran iş sahəsi, ya da hər hansı bir şəxsin fəaliyyəti əsas götürülür. Bu anlayış coğrafi mənada da işlədilə bilər. Son zamanlar baş verən qloballaşdırmanın nəticəsi kimi bir çox müəssisələr və ya şəxslər öz fəaliyyət dairələrini genişləndirərək başqa ərazilərdə də (ölkə) çalışırlar.
Könüllü fəaliyyət
Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. əlilliyi olan şəxslərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; qanunvericiliyin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
Fəaliyyət potensialı
Fəaliyyət potensialı (“spayk”) — canlı hüceyrənin membranı boyunca oyanan hüceyrənin kiçik bir sahəsində ( neyron və ya kardiomiosit ) membran potensialının qısamüddətli dəyişməsi şəklində hərəkət edən oyanış dalğası. Bunun nəticəsində bu sahənin xarici səthi membranın daxili səthinə nisbətən mənfi, sakit vəziyyətdə isə müsbət yüklü olur. Fəaliyyət potensialı sinir impulsunun fizioloji əsasını təşkil edir. “Natrium-kalium nasosunun” işləməsi səbəbindən hüceyrənin sitoplazmasında natrium ionlarının konsentrasiyası ətraf mühitlə müqayisədə çox aşağıdır. Fəaliyyət potensialı həyata keçirildikdə gərginliyə bağlı natrium kanalları açılır və müsbət yüklü natrium ionları müsbət elektrik yükü ilə balanslaşdırılana qədər konsentrasiya qradiyenti boyunca sitoplazmaya axır. Bunun ardınca gərginliyə bağlı kanallar təsirsizləşir və müsbət yüklü kalium ionlarının hüceyrədən yayılması səbəbindən mənfi sakitlik potensialı bərpa olunur, ətraf mühitdə konsentrasiyası hüceyrədaxilidən xeyli aşağıdır. Spayk öncəsi — membranın kritik depolarizasiya səviyyəsinə (yerli həyəcan, yerli reaksiya) yavaş depolarizasiyası prosesidir. Artan hissədən (membran depolarizasiyası) və enən hissədən (membran repolarizasiyası) ibarət zirvə potensialı və ya spayk . Mənfi iz potensialı — depolarizasiyanın kritik səviyyəsindən membranın qütbləşməsinin ilkin səviyyəsinə qədər (iz depolarizasiyası). Müsbət iz potensialı — membran potensialının artması və onun tədricən orijinal dəyərinə qayıtmasıdır (izin hiperpolyarizasiyası).
Köçürülən fəaliyyət
Köçürülən fəaliyyət və ya Dəyişmə davranışı — heyvanın iki ziddiyyətli istək ilə qarşılaşdığı və hansını seçəcəyini bilmədiyi zaman baş verən xüsusi bir hərəkət növüdür. Belə vəziyyətlərdə heyvan bu istəklərlə əlaqəli olmayan bir şey etməyə başlayır. Məsələn, bir quş başqa bir quşa hücum etmək və ya uçmaq qərarına gəlməyəndə otları dəmləməyə başlaya bilər. İnsanlarda bu davranış insan hansı variantı seçəcəyini bilmədən başının arxasını cızdıqda görünə bilər. Köçürmə fəaliyyətləri çox vaxt baxım, cızma, içmək və ya yemək kimi rahat hərəkətlərdən ibarətdir. Məsələn, tanışlıq zamanı həyat yoldaşından qorxan şəxs qaçmaq və ya arvadbazlıq etmək əvəzinə, dayanıb saçını daramağa başlayır.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Fəaliyyət yoluyla təbliğat
Fəaliyyət Yoluyla Təbliğat və ya Fəaliyyətin Təbliği (ingiliscə "propaganda by the deed", fransızca " propagande par le fait") başqalarına nümunə olmaq və inqilab üçün katalizator olmaq məqsədi daşıyan konkret siyasi birbaşa fəaliyyətdir. Anarxizmin bağrından çıxmış və daha sonra başqa radikallar tərəfindən mənimsənmişdir. Bu, ilk növbədə, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində üsyankar anarxizm tərəfdarları tərəfindən törədilən zorakılıq aktları, o cümlədən hakim sinfə yönəlmiş bombalamalar və sui-qəsdlərlə əlaqələndirilir, həm də zorakı olmayan tətbiqlərə malikdir. Bu əməllər dövlətin hər şeyə qadir olmadığını nümayiş etdirməklə və məzlumlara ümid verməklə xalqda "üsyan ruhunu" alovlandırmaq, həmçinin dövlətin reaksiyasında daha da repressivləşdikcə anarxist hərəkatlara dəstəyi genişləndirmək məqsədi daşıyırdı. 1881-ci ildə London Beynəlxalq Anarxist Konqresi bu taktikanı təsdiqlədi. 4 aprel 1866-cı il – Dmitri Karakozov Sankt-Peterburqdakı Yay bağının qapısında Rusiya çarı II Aleksanda uğursuz sui-qəsdə cəhd edir. Çar Yay bağını tərk edərkən, Dmitri silahından atəşaçmaq üçün irəli atılır. Lakin bu cəhdin qarşısı kəndli əsilli papaqçı şagirdi Osip Komissarov tərəfindən alınır və o, atəş açmağa az qalmış Karakozovun dirsəyini sıxır. 11 may 1878-ci il — Maks Hodel Almaniyada Kayzer I Vilhelmə sui-qəsd cəhdi edir . Onun monarxı güllələmək üçün etdiyi iki cəhd də uğursuzluğa düçar olur və o, avqustun 15-də tutulur və başı kəsilərək edam edilir.
Qartopu (seksual fəaliyyət)
Qartopu, yaxud qar yağışı — bir şəxsin ağzına aldığı spermanı əksər hallarda öpüşərək başqa birisinin ağzına ötürdüyü seksual fəaliyyətdir. Termin olaraq əvvəllər sadəcə gey və biseksual kişilər üçün istifadə olunurdu. 2004-cu ildə Nyu-York lgbt qrup tədbirlərində 1200-dən çox gey və biseksual kişini araşdıran araşdırmaçılar təqribi 20% seqmentin ən az bir dəfə qartopu etdiklərini müəyyən ediblər.
Almaniyada Əməliyyat Fəaliyyət Planı
Operationsplan Deutschland və ya OPLAN DEU (azərb. Almaniyada Əməliyyat Fəaliyyət Planı‎) — Almaniya Federativ Respublikasının müdafiə qabiliyyətini qorumaq üçün lazım olan infrastrukturunun müdafiəsi üçün əməliyyat planıdır. == Tarix və arxa plan == Almaniyada COVID-19 pandemiyasından əldə edilən təcrübələr, 2021-ci ilin iyulunda daşqın fəlakəti və Rusiyanın 2022-ci ilin fevralından Ukraynaya hücumu dövründə Almaniya Silahlı Qüvvələri Ərazi Komandanlığı yaradılıb. 2022-ci ilin sentyabrında təsis edildiyi gündən Territoriale Führungskommando der Bundeswehr (qısaca:TerrFüKdoBw) Almaniyada ərazi müdafiəsi və fəlakətlərə nəzarətin operativ idarə edilməsinə cavabdehdir. Oplan Deu haqqında məlumat məxfi olaraq təsnif edilir. Öz bəyanatlarına görə, "böhran və müdafiə vəziyyətində vətəndaş cəmiyyətindən və vətəndaş-kommersiya yardımından asılıdır". Oplan Deu-nun bir neçə yüz səhifədən ibarət ilk versiyası 2024-cü ilin mart ayının sonuna qədər hazır olmalı idi. Bu plan Rusiyanın 2029-cu ilə qədər NATO-ya hücumu ehtimalına qarşı hazırlanıb.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır. İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi konfrans
Elmi konfrans — böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.